“Drift” edən sürücü səkiyə çıxaraq, işıq dirəyinə çırpıldı

142

Rusiyanın Sankt-Peterburq şəhərində təhlükəli “drift” edən avtomobil sürücüsü ağır qəza törədib.

Sosialmedia.az xəbər verir ki, dörd yolun kəsişməsində qaydaları pozan sürücü piyadaların hərəkət etdiyi səkiyə çıxıb və işıq dirəyinə çırpılıb.

Xoşbəxtlikdən, hadisə vaxtı səkidə piyadalar olmayıb. Sürücünün xəsarət alması barədə məlumat verilmir.