Şuranın dəstəyi ilə Pandemiya ilə əlaqədar aztəminatlı ailələrə sosial yardımlar göstəriləcək

203

“Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 01.07.2020-ci il tarixindən “Pandemiya ilə əlaqədar aztəminatlı ailələrə sosial yardımların göstərilməsi və maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb.

Bu SosialMedia.az-a barədə Birliyin rəhbəri İndira Şəmsivari məlumat verib. Onu sözlərinə görə, layihənin məqsədi Pandemiya ilə əlaqədar aztəminatlı ailərə yardımların göstərilməsi və online görüşlərin təşkil edərək onların karantin müddətində maarifləndirilməsini təşkil etməkdir.
Hazırda layihə üzrə hazırlıq mərhələsi başlayıb və aztəminatlı olan 40 ailə müəyyənləşdirilir. Müəyyənləşdirilən ailələrlə onlayn görüş təşkil olunaraq, onlara maarifləndirici təlim təşkil olunacaq.