Jest dilində məlumatlandırma davam etdirilir-Video

205

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ” Jest dilində məlumatlandırma ” layihəsinin icrası davam etdirilir. Bu barədə Sosialmedia.az-a layihə rəhbəri Cəmilə Çingizqızı məlumat verib.

Layihə çərçivəsində ölkəmizdə yaşayan informasiya azlığından əziyyət çəkən eşitmə məhdudiyyəti olan şəxsləri , ölkədə karantin dönəmində baş verən əsas xəbərlərlə və digər məlumatlandırıcı xəbərləri onlayın şəkildə qismən də olsa təmin etməkdir.

Bu günlərdə COVİD-19 virusundan qorunmaq məqsədilə ölkəmizdə, Operativ Qərargahdan verilən məlumata görə 05 iyul saat 00.00 dan, 20 iyul saat 06.00 qədər vətəndaşlara sərtləşdirilmiş karantin rejimi tədbiq olunacaq. Bu rejimin tətbiqinə düzgün riayət etmək üçün bütün vətəndaşları birlik və həmrəyliyə çağırırıq. Bizdə eşitmə məhdudiyyəti olan şəxslərlə çalışan İctimai Birlik olaraq, #səssizliyinsəsiolaq şüarımızla, ölkəmizdə yaşayan eşitmə məhdudiyyəti olan şəxsləri bu video roliklər vasitəsilə məlumatlandırırıq. Qanun hər kəs üçün qanundur. Qanunlara əməl edərək, cəmiyyətimizi qoruyaq.