Metro bağlanıb, bunu etmək lazımdır ki

182

Avtobuslarda koronavirusa yoluxma ehtimalı həddindən artıq çoxdur. Düşünürəm ki, metro bağlandığı üçün avtobusların sayını 3-4 dəfəyə qədər artırmaq lazımdır.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a professor Adil Qeybulla ictimai nəqliyyatla bağlı tətbiq edilən qaydaların yoluxmalara təsiri barədə danışarkən deyib. O bildirib ki, bununla yanaşı, özəl avtobusları da müvəqqəti olaraq marşrut xətti kimi istifadəyə vermək olar:

“Əslində, karantin zamanı bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalıdır. Belə olacağı təqdirə əhali evdə qalmalı və onlara buna görə kompensasiya ödənilməlidir”.

Ekspert qeyd edib ki, bu sərt karantin tətbiq edilmirsə, onda metronun açılması daha münasibdir:

“İndiki qaydalarda güc əhalinin karantin davranışlarına verilməlidir. Özəl avtobusların və metronun fəaliyyətinə də icazə verilməlidir. Həmçinin maska taxılması, sosial məsafə gözlənilməsi və s. məsələlərə ciddi riayət edilməlidir”.