Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

212

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərdi

Nazirlər Kabinetinin mətbuat xidmətindən SosialMedia.az – a verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilir.