Lavrov: Heç bir ölkə Liviyanın taleyini yaşamasın!

181

Rusiya Yaxın Şərqdə müxtəlif ölkələr arasında qarşıdurma yaradaraq hərbi varlığını davam etdirməyə maraq göstərmir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Biz ölkələrlə qarşılıqlı maraqlara xidmət edən ticari, iqtisadi, investisiya və digər əlaqələri inkişaf etdirməyə maraq göstəririk. Regionda hər hansı bir ölkənin Liviyanın taleyini yaşamasını istəmirik. Liviyanı dövlətçilikdən məhrum etdilər və indi də parçaları bir-birinə necə birləşdirəcəklərini bilmirlər”, – deyə Lavrov bildirib.