Kürdəmirdə ata oğlunu güllələyərək öldürüb

52

Kürdəmirdə ata oğulu  güllələyərək öldürüb.

SosialMedia.azın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xırdapay kəndində baş verib.

Xırdapay kənd sakini, 1959-cu il təvəllüdlü Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1985-ci il təvəllüdlü  Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.