“Qaydalara əməl et, Cəmiyyəti qoru” Abşeron rayonunda davam etdirilir

230

SosialMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birgə başladığı “Qaydalara əməl et, Cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyası üzrə növbəti reyd Abşeron rayonu Pirəküşkül-Qobustan kəndi ve Masazirda da baş tutub.

Bu bölgə üzrə koordinator, QHT sədri Fatimə Hacıbəylinin verdiyi məlumatına görə, qəsəbəsindəki ticarət və xidmət obyektlərində, həmçinin, avtobus dayanacaqlarında monitorinqlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahının tələb və tövsiyələrinə riayət olunmasının, qoruyucu maskadan istifadənin, sanitar-gigiyena qaydalarına əməl edilməsinin zəruriliyi vətəndaşların diqqətinə çatdırılıb.

Polis əməkdaşları monitorinq zamanı aşkarlanan ciddi qanun pozuntusu hallarını sənədləşdirib.
Proflaktik tədbir çərçivəsində qapalı məkanlarda fəaliyyət göstərən işçilərə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib.