Boccia Federasiyamız böyük bir ailədir

221

Sosialmedia.az bildirir ki, Bildiyiniz kimi bizim Boccia Federasiyamız böyük bir ailədir. 🔵⚪🔴 Azərbaycanın müxtəlif bölgələrindən Boccia idmançılarımız olduğu kimi könüllülərimiz də vardır 🇦🇿 Daha dəqiq qeyd etsək 100ə yaxın Boccia idmançımız və 300ə yaxın Boccia könüllülərimiz vardır. Hər bir könüllümüz Boccia idmançılarımıza öz diqqət və qayğısını əsirgəmir . Müxtəlif bölgəmizdən olan könüllümüzündən biri də Azərbaycan Dillər Universitetində Alman Dili müəllimliyi üzrə təhsil alan 19 yaşlı gənc Aysel Əliyevadır . O , Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaşayan Boccia Milli Komandamızın BC3 kateqoriyası üzrə idmançısı Qafqaz Hüseynovun yanına getmişdir . Başlıca Qafqazla daha sonra Qafqazın ailəsi ilə birgə müxtəlif dialoqlar aparmış və birlikdə gözəl saatlar keçirmişlər . Bu gördüyünüz video və şəkillər həmin günə aiddir . Başda Aysel xanım olmaqla Bütün Boccia könüllülərimizə öz təşəkkürümüzü bildiririk . Diqqət və marağınız daim olsun axı biz BİRLİKDƏ GÜCLÜYÜK 🇦🇿