MN: Pandemiya səbəbindən yaralılara baş çəkmək qadağandır

184

“Bəzi KİV yaralılarımıza baş çəkmək istəyir. Ancaq indiki vaxtda pandemiya səbəbindən bu, düzgün deyil”.

SosialMedia.azın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı deyib ki, pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub: “KİV-in bunu nəzərə almasını xahiş edirəm”.