Qadın Təşəbbüsü və Sosial Problemlərə Yardım İctimai Birliyinin üç aya olan hesabatı

314

Qadın Təşəbbüsü və Sosial Problemlərə Yardım İctimai Birliyi 2003-cü ildən başlayaraq fəaliyyət göstərir. Təşkilat Sumqayıt şəhəri və ətraf regionlarda sosial xidmətlərin həyata keçirilməsi istiqamətində ixtisaslaşmışdır.

SosialMedia.az xəbər verir ki, təşkilat hər ay gördüyü işlərə dair hesabat hazırlayaraq ictimaiyyəti məlumatlandırır. 2020-ci ilin may,iyun, iyul aylarında Təşkilat tərəfindən aşağıdakı xidmətlər göstərilmişdir.

Bu aylar ərazində xüsusi karantin dövrü olduğu üçün fəaliyyətimizi mobil olaraq təşkil etmişdik. Təşkilatda göstərilən xidmətlər barədə öncədən KİV-də və sosial şəbəkələrdə elanlar verilmişdir. Elanlarda “Etimad” telefonu və mütəxəssislərin və əlaqə nömrələri göstərilmişdir.

Bu dövr ərzində 297 nəfər xidmətlər üçün Təşkilata müraciət etmişdir. Bütün müraciət edən şəxslər ilkin olaraq telefon vasitəsi ilə sosail işçi tərəfindən qəbul edilmiş, müraciət edənlərin ehtiyacları qiymətləndirilmişdir. Qiymətləndirmədən sonra sosial işçi müraciət edən şəxsi ehtiyaclarına uyğun olaraq xidmətlərə yönəltmişdir.

Bu dövr ərzində Təşkilatın mütəxəsisləri tərəfindən 219 nəfərə pulsuz hüquqi xidmət göstərilmişdir. Müraciətlər əsasən sosial təminat,nigahın ləğvi, aliment məsələləri, mülkiyyət hüququ problemləri ilə bağlı olmuşdur.
78 nəfərə ilkin psixoloji yardım göstərilmişdiir. Bunlardan 25 nəfərə daimi xidmətlərin göstərilməsinə qərar verirlmişdir. Daimi psixoloji xidmətə cəlb edilənlərin övladları da xidmətlərə cəlb edilmişdirlər. Ümumilikdə 32 azyaşlı bu müddət ərzində psixoloji xidmətə cəlb edilmişdir.

Xüsusi karantin rejimində xidmətlərin davamlı və keyfiyyətli göstərilməsinin təmin edilməsi üçün müxtəlif üsul və vasitələrdən istfadə edilmişdir. Xidmətlərin telefon vasitəsi ilə həmçinin, sosial şəbəkələr üzrəindən göstərilməsinə xüsusi diqqət ayrılmışdır.
Təşkilatın mərkəzi ofisi Sumqayıt şəhəri, 1-ci mikr, bina 45B ünvanında yerləşir. Xidmətlərdən yararlanmaq istəyən şəxslər bu ünvana və ya azwomen@mail.ru elektorn poçt ünvanına müraciət edə bilərlər. Həmçinin 050 680 22 22 mobil nömrəsi ilə də əlaqə saxlamaq mümkündür.