İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi üçüncü onlayn müzakirəsini keçirib

197

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” layihəsinin icrasını davam etdirir.

SosialMedia.az xəbər verir ki, layihə çərçivəsində üçüncü onlayn müzakirə keçirilib. Bu dəfə “Saxta xəbər hücumlarına qarşı effektiv mübarizə üsullarının müzakirəsi” mövzusu müzakirə olunub. “Fake news” hücumlarla ictimai və milli maraqların sıradan çıxarılmasına, sosial, siyasi, iqtisadi sabitliyin pozulmasına cəhdlər edilir, böhtan, yalan, yaxud sosial, milli ədavətlərin qızışdırılmasını körükləməyə çalışılır. Kütləvi və total hücum cəmiyyətdə böyük çoxluğun neqativ enerji daşıyıcısına çevrilməsinə səbəb olur.

Bu hücumların qarşısını almaq üçün hansı effektiv üsullardan istifadə etmək olar? Ən optimal mübarizə üsulları nədir?” sualları ətrafında keçirilən onlayn müzakirədə layihənin ekspertləri, QHT, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri iştirak edib.