QHT əhalinin həssas və aztəminatlı qruplarına yardım edəcək

265

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyi “Pandemiya dövründə əhalinin həssas və aztəminatlı qrupları ilə işin təşkili” layihəsinin icrasına start verib.

Layihə 2 ay, Bakı və Sumqayıt şəhərlərində həyata keçiriləcək. Layihə vasitəsilə əhalinin həssas və aztəminatlı qrupları 65 ailəyə ərzaq yardımları göstəriləcək.

Bu barədə Sosialmedia.az-a məlumat verən “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri və layihə rəhbəri Şəbnəm Rəfaelqızı qeyd edib ki, cənab Prezidentin ilk günlərdən xalqa müraciətinin nəticəsində hər kəs xüsusi ilə aztəminatlı ailələrə yardımda səfərbər oldu. Cəmiyyətin bütün diqqəti həssas qruplara və ailələrinə yönəldi.

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin sədri Azay Quliyev və Katiblik dəfələrlə onlayn konfranslar keçirərək QHT rəhbərləri qarşısında ölkə rəhbərliyinin tapşırıq və göstərişini fəaliyyət planı kimi qəbul etməyi tapşırdı.

“Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyi artıq layihənin icrası üçün hazırlıq işlərini tamamlayıb. Layihəni icra edənlərlə Əmək və Xidməti Müqavilələr bağlanıb. Benifesiarlar dəqiqləşdirilib. Media ilə əlaqələr yaradılıb.