QHT tərəfindən aztəminatlı ailələrə yardım olunacaq

190

Sosialmedia.az xəbər verir ki,“Dünyəviliyin və Maarifpərvərliyin” Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən”Pandemiya dövründə aztəminatlı ailələrə birdəfəlik yardımın göstərilməsi” layihəsinin icrasına başlanılıb. Azərbayan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihənin keçirilməsində məqsəd pandemiya dövründə aztəminatlı ailələrə yardım etməkdir.

Bu məqsədlə, yerli icra hakimiyyəti orqanları və aidiyyəti qurumların yardımı ilə hazırlanmış siyahı üzrə ailələrə ərzaq bağlamaları veriləcək. Bağlamalara gündəlik zəruri tələbat məhsulları daxildir. Yardım edilən ailələrə aztəminatlı, xüsusi qayğıya ehtiaycı olan, tənha, ahıl şəxslər daxildir.

Koronavirus pandemiyasının dünya ölkələrini böhran və sosial-iqtisadi itkilərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib. Azərbaycanda dövlət tərəfindən əhalinin həssas kateqoriyasından olan şəxslərə yardım edilir. Eyni zamanda, müxtəlif idarə, təşkilat və müəssisələr tərəfindən də dəstək tədbirləri həyata keçirilir.