Berlində etiraz aksiyaları zamanı azı 45 polis xəsarət alıb

112

Almaniyanın paytaxtı Berlində müxtəlif etirazlar aksiyaları, o cümlədən koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı nümayişlər zamanı azı 45 polis əməkdaşı yaralanıb.

SosialMedia.az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü paytaxt polisi məlumat yayıb.

“Bu günə qədər 45 asayiş keşikçisi zərərçəkənlər siyahısındadır. Ümumilikdə 133 nəfər də saxlanılıb”, – məlumatda belə deyilir. Buna qədər 18 polis işçisinin yaralandığı bildirilirdi.

Məlumata görə, ümumilikdə şənbə günü keçirilən etiraz aksiyaları zamanı 1,1 min hüquq mühafizə orqanı əməkdaşı səfərbər edilib.