Bu şəxslər koronavirusa yoluxmur

494

Mütəxəssislərə tam aydın olmasa da, infeksiyalarda belə bir termin var – anergiya. Bu o deməkdir ki, hər hansı bakteriya və ya virusu insanların immun sistemi görmür. Yəni virus həmin şəxsləri yoluxdura bilmir.

Sosialmedia.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

İSİM-in şöbə müdiri əlavə edib ki, virus həmin şəxslərə düşə bilər, ancaq orqanizmdə qalmır:

“Bu şəxslərdə virus qalmır. Çünki onların hüceyrələri virus və ya mikroba həssas deyil və onu qəbul etmir”.