Simonyan İrəvanı hədəf aldı

162

RT telekanalının baş redaktoru Marqarita Simonyan Lenta.ru saytında Ermənistan hakimiyyətinə ünvanlanmış məqalənin son abzasını Feysbuk hesabında paylaşıb.

Sosialmedia.az xəbər verir ki, məqalənin son abzası Simonyanın özü ilə bağlıdır.

Simonyan abzası bu sözlərlə paylaşıb:

“Lenta.ru mənim postum və Paşinyanın reaksiyası haqda yazıb:

“Biz böyük inamla deyə bilərik: nə qədər ki, Ermənistanda dövlət vəzifələrində ABŞ tərəfdarı olan QHT-lərin keçmiş nümayəndələri var, bu Qafqaz respublikası ölkələri arasındakı yeni gərginliklər yaradacaq, Marqarita Simonyanın bu postu isə rəsmi səviyyədə problemin üstündən pərdəni qaldırdı. Paşinyanın dərhal reaksiyası yalnız bu fərziyyəni gücləndirir”.