Rusiyanın S-500-ü Çini də heyrətə gətirdi

140

S-500 Prometey sistemi Rusiya ordusunun hava hücumundan müdafiəsini xeyli gücləndirəcək.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Çin Xalq Gündəlik” qəzetində yayımlanan məqalədə qeyd edilib. Məqalədə “Prometey”in ölkənin hava məkanına tam nəzarət etmək imkanı verdiyi qeyd edilib.

Sınaqlarının bu yaxınlarda başa çatdığı və ABŞ-ın bütün hədəflərinə müdaxilə edə biləcəyi qeyd edilən S-500-lərin 10 uzaq mənzilli raketi eyni anda məhv etmək gücünə sahib olduğu bildirilib.

Həmçinin məqalədə 200 kilometr yüksəklikdəki hədəfləri vura bilən sistemin beşinci nəsil ABŞ qırıcılarından üstün olduğu və qitələrarası ballistik raketlərə müdaxilə edə biləcəyi qeyd edilib.