Beyrutda partlayışdan sonra başlayan yanğın söndürülməyib, 10 yanğınsöndürən itkin düşüb

108

Livan mülki müdafiə qüvvələrinin əməkdaşları tərəfindən Beyrut limanında baş vermiş partlayışdan sonra başlayan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayışın baş verdiyi ərazidə Livan ordusunun dəstələri tərəfindən növbətçilik təşkil olunub.

OTV telekanalı isə Beyrut şəhərinin qubernatoru Marvan Abbuda istinadən 10 nəfər yanğınsöndürənin itkin düşməsi barədə xəbər yayıb.

Qubernatorun sözlərinə görə, yanğınsöndürənlər iki avtomobildə hadisənin baş verdiyi əraziyə göndərilib, onları üç təcili tibbi yardım maşını müşayiət edib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.