İspaniyada 30 mindən çox əhalisi olan şəhər epidemioloji vəziyyətlə bağlı təcrid olunacaq

127
A view shows the deserted Rue de Rivoli in Paris as a lockdown is imposed to slow the rate of the coronavirus disease (COVID-19) in France, March 18, 2020. REUTERS/Christian Hartmann - RC2AMF90FD9C

İspaniyada Aranda de-Duero şəhəri 7 avqust tarixindən etibarən ağırlaşan epidemioloji vəziyyətlə bağlı tam təcrid olunacaq.

Sosialmedia.az bildirir ki, Bu barədə EFE agentliyi məlumat verib.

Məhkəmə təxminən 32 min insanın yaşadığı şəhərin təcrid olunması barədə qərar verən regional qurumun müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, son rəqəmlərə əsasən, İspaniyada 352 847 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. 28 499 xəstə pandemiyanın qurbanı olub.