Ulu öndərim-şeir-Ülviyyə Əsədova

386

Ulu öndərim

Vətənimin dahi oğlu ulu öndərim,
Bir günəştək doğulmuşdu ana yurduna.
Zəkasıyla,dühasıyla böyük Heydərim,
Bir dağ kimi sipər idi bütün xalqına.

Qılıncdan da kəsərliydi onun sözləri,
Həm yaxşını,həm yamanı o tez görürdü.
Haqsızlığa ədalətdi,yetimə kömək,
Bu millətə öz qayğısın bölüşdürürdü.

Amma soldu baharımın açmamış gülü,
Xəzan vurdu,xəzəl oldu çəmənim,bağım.
Çox sevdiyim insan idi ulu öndərim,
Fələk aldı,əldən getdi qüdrətli dağım.

Bu dünyadan köçsə yenə,o, qəlblərdədi,
Sabahımda,bu günümdə,dünənimdədi.
Vətənimin tarixinə imzalar atan,
Ulu Heydər beyinlərdə,urəklərdədi.

Vətənimii tanıtdi Heydər adıyla,
Yaşayacaq tarix boyu urəyimizdə.
Xalqına bir ata oldu, sevimli rəhbər,
Ulu Heydər davamçısı qoy olaq biz də.

Ülviyyə Əsədova,
Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin
Cəbrayıl şöbəsinin sədri