Koronavirusla bağlı son STATİSTİKA

192

Dünyada 19 545 329 nəfərdə koronavirus aşkarlanıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 724 081 nəfər ölüb, 12 545 630 nəfər sağalıb.

Koronavirusun ən çox qeydə alındığı qitə Şimali Amerika (5 996 178 nəfər), ölkə isə ABŞ-dır (5 095 524 nəfər).

Dünya ölkələri arasında sonrakı iki yeri 2 967 064 yoluxma ilə Braziliya, 2 088 611 yoluxma ilə Hindistan tutur.

Azərbaycanın sərhəd qonşusu Rusiya 877 135 yoluxma faktı ilə dördüncü yerdədir.

Digər qonşularımızdan İranda 322 567, Türkiyədə 238 450, Ermənistanda 39 985, Gürcüstanda 1 213 yoluxma müşahidə edilir.

Azərbaycanda koronavirusa yoluxan 33 376 nəfərin 29 696-sı sağalıb, 483-ü ölüb.