Şuranın dəstəyilə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi layihəsini davam etdirir

176

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasının köməyi ilə bu gün üçün aktual olan layihəni həyata keçirir. Layihə “ Həssas və digər sosial qruplara psixoloji dəstəyin göstərilməsi və maddi yardımlarının verilməsi” adlanır.
Bu barədə Sosialmedia.az– a layihənin rəhbəri Mətanət Əsgərqızı məlumat verib.Onun sözlərinə görə bu layihə vasitəsi ilə ünsiyyətdə olacağımız həssas qruplarla davamlı münasibətin olmasına çalışacağıq. Psixoloqlar onlarla söhbətlər aparacaqlar.Bununla da həssas qrupların cəmiyyətin aktiv hissəsinə çevrilməsi üçün imkan yaratmış oluruq.
Əhalinin həssas qruplarına dövlətimiz hər zaman qayğı göstərərək dəstək verir. Həssas qrupların pensiya, müavinətlərin artırılması, mənzillərin, minik avtomobillərinin verilməsi dövlətin onlara olan yardımlarıdır. Pandemiya dövründə ictimai birlik olaraq mütəmadi onların vəziyyəti ilə maraqlanmışıq. Ona görə də düşündük ki, həsas qruplara və digər sosial qruplara ərzaq yardımları edək. Layihə çərçivəsində görüləcək işlər onlara dövlətin qayğısının bir daha göstəricisidir. Eyni zamanda MEDİA dəstəkçimiz olan Yeni Zaman TV vasitəsilə psixoloqları dəvət edəcək, söhbətlət aparacağıq.
Qeyd edək ki,layihə Bərdə rayonunda icra olunacaq və 60 ailəyə yardımlar ediləcək.