Tovuz təxribatı həm də bizə qarşı idi

54

Tovuzla sərhəddə toqquşmalar davam edərkən Ankara və Bakı birgə təlim-məşq gerçəkləşdirmək qərarına gəldilər. Təlimin hava və quru qüvvələrinin iştirakı ilə 29 iyul-10 avqust arasında davam edəcəyi açıqlandı. Hərtərəfli birgə hərbi təlimlər Bakı, Gəncə, Kürdəmir, Naxçıvan və Yevlaxda tam sürətlə davam edir. Türkiyə ilə Azərbaycanın bu mövzuda birlikdə hərəkət etməsi ən doğru yoldur.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında türkiyəli politoloq, Avrasiya İqtisadi Əlaqələr Təşkilatının (EkoAvrasiya) idarə heyətinin sədri Hikmət Ərən deyib.

O bildirib ki, iki qardaş ölkə keçirdiyi təlimlərlə bir daha gücünü dünyaya göstərmiş oldu:

“Nuri Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun Bakını bolşevik işğalından azad etməsi dostluğun simvolu olduğu kimi, bugünkü hərbi təlimlər də qardaşlığımızın, sarsılmaz dostluğumuzun göstəricisidir. Ermənistan son təxribatları ilə təkcə Azərbaycana deyil, Türkiyəyə də qarşı gəlmiş oldu. Qarabağ bölgəsində və ya sərhəddə hər hansı bir savaş olarsa, Türkiyə Azərbaycana öz dəstəyini verəcək, “Bir millət-iki dövlət” şüarı ilə hərbi-siyasi dəstəyini göstərəcək. İki qardaş ölkə birlikdə vahid güc formasında hərəkət edəcək”.