Yunan ordusunda həyəcan: Türkiyə başlayır

148

Yunanıstan Müdafiə Nazirliyi Türkiyənin Aralıq dənizinin Fəthiyə sahillərində təlim keçirməsi qərarından sonra həyəcan təbili çalıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Yunanıstanın “Pentapostaqma” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyəyə məxsus “Oruc Rəis” araşdırma gəmisinin fəaliyyətə başlayacağı xəbəri Afinanı hərəkətə keçirib.

Qeyd edək ki, Misir və Yunanıstan arasında eksklüziv iqtisadi zona haqqında müqavilə imzalanıb. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla danışıqlara hazır olduğunu, ancaq Afinanın sözünü tutmadığını söyləyib. Ərdoğan qazma işlərinə yenidən başladıqlarını və “Barbaros Xeyrəddin” gəmisini bölgəyə göndərdiklərini açıqlayıb.