Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb

167

Ötən gün Belarusun paytaxtı Minsk şəhərində kütləvi iğtişaşların koordinatorları saxlanılıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə “Belta” məlumat yayıb.

Bildirilib ki, koordinatorlardan biri “Belarus” mehmanxanasından tabeliyində olan 3 nəfəri təlimatlandırıb.

Həmin şəxslər də öz növbələrində yüzlərlə adama göstərişlər verib.

Bundan başqa, avqustun 12-dən etibarən Belarus ərazisində pirotexniki vasitələrin satışı qadağan edilib.