Bu yolda rənglənmə işləri aparılacaq

178

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində ( hər iki istiqamət ) 13-15 avqust tarixlərində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.