Şuranın dəstəyi ilə əlilliyi olan gənclər üçün peşə kurslarına start verildi

546

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 01.07.2020-ci il tarixindən “Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə peşə kurslarına cəlb edilməsi və özünəməşğulluğunun təmin olunması mövzusunda tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

Bu barədə SosialMedia.az-a birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə nəzərdə tutulan web proqramların öyrədiləməsinə avqust ayının 15-dən start veriləcək. İlkin mərhələdə (Web proqramların öyrədilməsi) hər həftənin üç günü olmaqla, üç ay boyunca onlayn qaydada keçiriləcək. Təlimçilər Ümudlu Fərid və Vasif Kərimlidir.

İkinci mərhələ isə iki günlük İKT bacarıqlarının artırılması və sayt üzərində işləmə mexanizminin öyrədilməsi təlimidir. Onun icrası avqust ayının 25 və 26 da nəzərdə tutulub. Canlı təşkil olunan təlimdə yeddi nəfər əlilliyi olan gənclər iştirak edəcək. Pandemiya ilə əlaqədar qoyulan şərtlərə uyğun olaraq, onlara iki qrupa bölünməklə təlimlər keçiriləcək. Təlimçi Cəsarət Hüseynzadədir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində dəstəklənib.