“Twitter”də istifadəçilərin rahatlığı üçün yeni funksiya tətbiq edildi

320

“Twitter” sosial şəbəkəsinin istifadəçiləri paylaşımlarına kimlərin rəy yaza biləcəyini özləri təyin edəcəklər.

Sosialmedia.az bildirir ki, Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

“Twitter”in məhsul idarəetmə direktoru Syuzan Ksinin sözlərinə görə, yeni funksiya may ayından etibarən məhdud sayda istifadəçi ilə sınaqdan keçirilib və özünü tam doğruldub.

Artıq “tvit” paylaşmazdan əvvəl istifadəçilər ona kimlərin rəy yazacağına qərar vermək üçün üç seçimdən istifadə edəcəklər.

Birinci – bütün istifadəçilər, ikinci – yalnız izlədiyiniz şəxslər, üçüncü isə yalnız paylaşımda xatırlananlar.