“Azərbaycan Gəncliyinin Vətənpərvərlik Tərbiyəsi Zamanın Çağırışıdır” mövzusunda Ana Vətən Partiyasının bir qrup gəncləri ilə video konfrans təkil olundu-VİDEO

358

SosialMedia.az xəbər verir ki, “Azərbaycan Gəncliyinin Vətənpərvərlik Tərbiyəsi Zamanın Çağırışıdır” mövzusunda Ana Vətən Partiyasının bir qrup gəncləri ilə video konfrans təkil olundu.

Tədbirdə AVP sədri, millət vəkili Fəzail Ağamalı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması günümüzün vacib tələbidir. Azərbaycan xalıq həmişə vətənpərvər olub. Torpağa bağlı bir xalq kimi tarixə adını yazdırıb. Bir sözlə vətənpərvərlik, torağa bağlılıq,milli adət-ənənənələrə yüksək qiymət vermək bizim genetik kodumuzdan irəli gəlir. Azərbaycan bu gün dövlətçilik baxımından öz uğurlu günlərini yaşamaqdadır. Biz milli istiqlaliyyətimizi əldə etdiyimizdən sonra ən çətin tarixi məqamlara ,inkişafımıza ,istiqlalimiza mane olan ən müxtəlif dovlətlərin məkirli siyasıtinə,addımlarına baxmayaraq xalqımız vətənə bağlığını bir mənalı şəkildə qoruyub saxlamış və ən çətin məqamlarda onu nümayiş etdirə bilmişdir. Azərbaycan ərazisinin iyirmi faizi işğal olunub. Bu işğal artıq uzun illərdən bəri davam edir və əlbəttə torpaqlarımızı işğaldan azad etmək azərbaycan xalqının üzərinə düşür.

Biz öz torpaıarımızı işğaldan azad etməliyik,ərazi bütövlüyümüzü təmin etməliyik və Azərbaycanın üç rəngli bayrağını işğal olunmuş torpqalarda dalğalandırmalıyıq. Bu missiya Azərbaycan xalqının üzərinə düşür. Xalqın iradəsi ilə dövlətin və prezidentin iradəsi bir-birini tamamlayırsa,artıq orda istənilən hədəfə çatmaq mümkündür. Tovuz ətrafında gedən döyüşlər sübüt etdi ki, Azərbaycan xalqı torpağının sahibidir, o,işğal olunmuş torpaqlarının bir metrini belə işğalçıya vermək niyyətində deyil və bunu ölkə prezidentinin uzun illərdən bəri söylədiyini, azərbaycan xalqı aprel döyüşlərində, həm də Tovuz ətrafında gedən döyüşlərdə dövlətlə,orduyla bərabər olduğunu nümayiş etdirdi.

Sonra gənc Ana Vətənçilər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə görüləcək işlər barədə fikirlərini bildirdilər və ölkənin ictimai-siyasi həyatında gənclərin qarşısında duran vəzifələr, gənclər arasında vətənpərvərlik mövzusunda maarifləndirilmə işlərinin aparılması barədə təkliflər verdilər.

Çıxış edənlər gənc nəslin milli ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini vurğulayıblar.Sonda gənc Ana Vətənçilər bu cür konfransın keçirilməsini yüksək qiymətləndiriblər.

"Azərbaycan Gəncliyinin Vətənpərvərlik Tərbiyəsi Zamanın Çağırışıdır" mövzusunda Millət Vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Ana Vətən Partiyasının bir qrup gəncləri ilə video konfransı.

Fəzail Ağamalı paylaştı: 15 Ağustos 2020 Cumartesi