TƏBİB: Çindən və İtaliyadan olan tibbi mütəxəssislər ölkəmizdə ödəniş əsasında fəaliyyət göstərmir

102

“Hazırda ölkəmizdə olan Çindən və İtaliyadan gələn işçi qrup hanısa ödəniş əsasında burda fəaliyyət göstərmir. Onlar ölkələr arasında olan əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər”.

SosialMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hazırda uzun müddət Azərbaycanda qalan və işləyən həkimlər var: “TƏBİB daha çox onların tibbi fəaliyyətlərinin monitorinqi və dəyərləndirilməsi ilə məşğul olur. Onların bizə etdiyi köməyi qiymətləndirə bilərik. Maddi tərəfdən isə bu suala cavab verə bilməyəcəyəm”.