“Həyatı Bahasına Həyat Qurtaranlar” adlı onlayn foto sərginin mükafatlandırma mərasimləri keçirildi

77

İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində 18-19 Avqust tarixlərində COVİD-19 qlobal pandemiyası dövründə “Azərbaycan və İran həkimlərinin fədakarlığı iki ölkə yeniyetmələrinin baxışında” adlı onlayn sərgi-müsabiqənin və eyni zamanda “Həyatı Bahasına Həyat Qurtaranlar” adlı onlayn foto sərginin mükafatlandırma mərasimləri keçirildi.

SosialMedia.az xəbər verir ki,Mərasimdə hər iki ölkənin koronavirusla mübarizə aparan həkimləri, hər iki ölkənin media nümayəndələri və yeniyetmə rəssamları iştirak edirdilər.

Mükafatlandırma mərasimi  COVİD-19 qlobal pandemiyası dövründə həyatlarını itirən koronavirus qurbanlarının və koronavirusla mübarizədə şəhid olan həkimlərin, tibb işçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.  İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi çıxışında Azərbaycan və İran dostluğunun tarixindən söz açaraq COVİD-19 qlobal pandemiyası zamanı İran xalqına ilk kömək edən məhz Azərbaycanın olduğunun və bunun iki ölkənin qədim və dərin dostluq dəyərlərinə söykəndiyini nəzərə çatdıraraq minnətdarlıq etdi. Ölkələrimiz arasında mədəni əlaqələrinin daima yüksək səviyyədə inkişafı üçün belə layihələrin həyata keçirilməsinin vacibliyini nəzərə çatdıraraq Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovaya və hər zaman
bir-birindən dəyərli ölkələrarası dostluğun inkişafına xidmət edən layihələri ilə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, təşkilatçı Elnurə və Aygün İsgəndərovalara təşəkkürünü bildirdi.
Sonra çıxış edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi Günel Həsənova öncə layihə iştirakçılarını təbrik etdi və əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Günel xanım Yasamal rayon Heydər Əliyev Mərkəzinin  koronavirus pandemiyası dövründə bir çox səfirliklərlə birgə əməkdaşlıq edərək onlayn sərgi-müsabiqələr, bir sıra sosial layihə və tədbirlər həyata keçirtdiyini nəzərə çatdıraraq belə gözəl layhələrin davamlı olmasını arzu etdi.
Öz növbəsində layihə rəhbəri Elnurə İsgəndərova və təşkilatçı Aygün İsgəndərova həyatlarını riskə ataraq xidmət göstərən həkimlərə, polislərə, hərbçilərə və layihələrdə əməyi olan, iştirak edən hər kəsə dərin təşəkkürlərini bildirdilər.
Daha sonra layihələrin iştirakçıları olan həkimlərin, media nümayəndələrinin, yeniyetmə rəssamların mükafatlandırma mərasimi keçirildi. Qeyd edək ki, mükafatlandırılanlar sırasınada Dunyaxeber.com saytının redaktoru Kamran Orucov da var idi.