Könüllü tələbələr “COVİD-19 koronavirusa birlikdə qalib gələk” adlı aksiyaya qoşuldular

264

“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sumqayıt şəhərində COVİD-19 pandemiyası ilə bağlı əhali arasında maarifləndirmə işnin təşkili” layihəsi çərçivəsində işlərini davam etdirir.

Bu barədə Sosialmedia.az-a layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. O, qeyd edib ki, bu gündən başlayaraq 5 könüllü-tələbələr “COVİD-19 KORONAVİRUSA BİRLİKDƏ QALİB GƏLƏK!” adlı aksiyaya qoşuldular. Onlar Sumqayıt sakinləri arasında koronavirus epidemiyası ilə bağlı məlumatlandırma işləri ilə yanaşı, maarifləndirici bukletlər və tibbi maskaları payladılar.İlk maarifləndirmə işi Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Ən ucuz market” və 9 mikrarayon ərazisi oldu. Onlar sakinlərlə görüşüb onlara bukletlər və tibbi maskalar payladılar. Bu aksiya avqust ayının sonuna kimi davam edəcək.

Birliyin sədri Mətanət Zeynalova könüllü-tələbələrin əhalinin koronavirusla bağlı maarifləndirmə işində böyük əzmlə çalışmalarını qeyd etdi.