Sergey Şoyqunun Bakıya səfərindən nə gözləmək olar? – ŞƏRH

294

“İki qonşu ölkənin hərbi strukturları arasında gerçəkləşən belə tədbirləri normal qarşılamaq lazımdır”.

Sosialmedia.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.

O bildirib ki, Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasındakı razılaşmaya əsasən, artıq 4 ildir ki, “Dəniz kuboku” müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir:

“Bu, qabaqcadan planlaşdırılmış məsələlərdir. İki qonşu ölkənin hərbi strukturları arasındakı tədbirlər normal qarşılanmalıdır. Belə hərbi məşqləri, oyunları Dağlıq Qarabağ münaqişəsilə bağlamaq, sülhə təkan verəcəyinə inanmaq yanlış olar. Rusiya bu münaqişənin ədalətli həllini, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılmasını səmimi olaraq istəyirsə, açıq mövqeyini ortaya qoymalıdır”.

Ə. Bəydəmirlinin fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Rusiya Ermənistana silah satması məsələsinə aydınlıq gətirməlidir:

“O zaman sülh danışıqlarına inam artar. Yoxsa, Rusiyanın ikibaşlı mövqeyi sülhün yaranmasına necə dəstək olar?”

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.