Kənd Təsərrüfatı Nazirliyində yerdəyişmə oldu

193

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub.

Sosialmedia.az Report-a istinadən bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib. Digər əmrlə isə AKİA-nın keçmiş sədri AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.

Kənd Təsərrüfatı Nazirliyindən xəbəri təsdiqləyiblər.