Koronavirusla bağlı SON STATİSTİKA

158

Dünyada koronavirus 26 795 802 nəfərdə aşkarlanıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusa yoluxan 878 963 xəstə ölüb, 18 907 692 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (7 580 748 nəfər), ölkə isə ABŞ-dır (6 389 057 nəfər).

Yoluxma sayına görə digər yerləri Braziliya (4 091 801 nəfər) və Hindistan (4 023 179 nəfər) paylaşır.

Azərbaycanın sərhəd qonşusu Rusiya 1 015 105 yoluxma ilə dördüncü yerdədir.

Digər qonşularımız İranda 382 772, Türkiyədə 276 555 yoluxma qeydə alınıb.

Ermənistanda 44 461, Gürcüstanda isə 1 596 nəfərdə virus müəyyən edilib.

Azərbaycanda indiyə qədər koronavirusun aşkar edildiyi 37 031 nəfərdən 543-ü ölüb, 34 419-u sağalıb.