Koronaya qarşı peyvəndləmə bu tarixdə başlayacaq

154

Dünyada COVİD-19-a qarşı geniş miqyaslı peyvəndləmə 2021-ci ilin ortalarında başlaya bilər.

Sosialmedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan deyib.

O bildirib ki, dünyaya milyardlarla doza lazımdır:

“Ancaq bunun üçün müəyyən vaxt tələb olunur. Belə olduqda isə biz 2021-ci ilin ortalarında əhalinin peyvəndlənməsi üçün vaksinin dozalarını göndərməyə başlaya biləcəyik. Hazırda ÜST bir neçə vaksinin sınaqlarının son nəticələrini gözləyir”.