Ağstafa Regional Mədəniyyət İdarəsi Mədəniyyət Nazirliyinin tapşırıqlarına əsasən videokonfrans keçirdi

161

Ağstafa Regional Mədəniyyət İdarəsi Mədəniyyət Nazirliyinin tapşırıqlarından irəli gələn vəzifələr, yeni tələblər, yeni çağırışlar mövzusunda videokonfrans keçirdi. Virtual zəmində keçirilən tədbirdə idarənin rayonlar üzrə nümayəndələri, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak etdi.

SosialMedia.az-ın məlumatına əsasən,Konfransda  gündəlikdə duran məsələlər – nizam-intizamın artırılması, virtual tədbirlərin təşkili, musiqi məktəblərinə şagird qəbulu, müəssisələrdə karantin qaydalarına əməl olunması və s. məsələlər geniş müzakirə olundu. Onlayn toplantıda çıxış edən idarə rəisi Vüqar Qədirov  müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması, müəssisələrdə mütəmadi olaraq profilaktik dezinfeksiya işlərinin aparılması mövzularından bəhs etdi. Natiq həmçinin, videokofransların keçirilməsi, videoçarxların hazırlanması, virtual tədbirlərin təşkili məsələlərinə toxunaraq müəssisələrin karantin rejiminə ciddi əməl etməsinin, müəssisələrdə əməkdaşların tibbi maskalardan mütləq istifadəsinin vacibliyindən və s. mövzulardan danışdı. Sonda məsul şəxslərə müvafiq tapşırıqlar verildi.