İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi altıncı-sonuncu televiziya müzakirəsini keçirdi

186

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihənin icrası davam edir.

Sosialmedia.az xəbər verir ki, bu gün layihə çərçivəsində altıncı-sonuncu televiziya müzakirəsi keçirilib. Bu dəfə “Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı yönələn “Fake news” hücumlarının fəsadları” mövzusu müzakirə edilib.

Müzakirədə layihənin moderatoru Vilayət Muxtar, ekspertlər Elman Cəfərli və Şaban Nəsirov iştirak edib. Müzakirədə sosial şəbəkələr vasitəsilə Azərbaycanın milli və dövlət maraqlarına zidd olan paylaşımların yayılması və bunun cəmiyyətə neqativ təsirinin törətdiyi problemlərə diqqət çəkilib. Layihənin ekspertləri bildirib ki, ölkəyə idxal edilən “Fake news” xəbərlərin qarşısını alınmazsa, bu, gələcək üçün daha ciddi fəsadlara səbəb ola bilər.