Siqareti atan insan xərçəngə tutulur?

182

Belə söhbətlər gəzir ki, guya 50-60 yaş arası və yaxud 60 yaşdan yuxarı kişilərdə siqareti atdıqdan sonra ağciyər xərçənginin yaranma riski ola bilər. Bu, çox səhv düşüncədir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında pulmonoloq Həsən Həsənzadə siqareti trgidən insanlarda xərçəng riskinin artdığı haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, siqareti tərgitməyin ağciyər xərçənginə səbəb olması barədə iddialar tamamilə absurddur:

“Kim sübut edə bilər ki, xərçəng həmin insanda siqareti atdıqdan sonra, yoxsa əvvəl yaranıb? Ola bilər ki, ağciyərdə xərçəng yaranıb və siqareti atdıqdan sonra tədricən inkişaf edib, ortaya çıxıb. Yəni o insanın siqareti tərgidib-tərgitməməsinin xəstəliyə aidiyyəti yoxdur. Bir daha təkrar edirəm: siqareti atdıqda xərçəng yaranmır. Bununla bağlı Azərbaycanda çox yanlış fikir formalaşıb”.

İnvaziv pulmonoloq Əsəd Abdullayev də siqareti atdıqdan sonra ağciyər xərçənginin yaranması ilə bağlı fikirləri yanlış adlandırıb:

“Siqaret çəkən insanlarda ağciyər xərçəngi riski çəkməyənlərə nisbətən dəfələrlə çoxdur. Orqanik dəyişiklik olan ağciyər xərçənginin siqareti atdıqdan sonra ortaya çıxması fikir qəti doğru deyil. Siqareti atmağın xərçəngin yaranmasıyla heç bir əlaqəsi yoxdur”.