Azərbaycanlı gənclər YUNESKO-nun himayəsi altında keçirilən Avrasiya GLOBAL Forumuna iştirak etdilər

612

Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən gənclərdən ibarət nümayəndə heyəti sentyabrın 2-dən 8-dək “Eurasia Global” beynəlxalq gənclər forumunda iştirak ediblər.

Bu barədə Sosialmedia.az-a Gənclər və İdman Nazirliyi nümayəndə heyətindən Ayan İsmayılova məlumat verib. Onun sözlərinə görə, 2020-ci ildə “Eurasia Global” yubiley forumu ilk dəfə UNESCO – Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələlərin himayəsi altında keçirilmişdir və forumun gənclərin təşəbbüslərinin, beynəlxalq gənclər dialoqunun inkişafında, eləcə də gənclər arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsində yüksək sosial əhəmiyyətini vurğuladı.

Forum dünyanın müxtəlif ölkələrindən həm canlı, həm də ilk dəfə olaraq onlayn olaraq da tədbirə qoşulma imkanı qazanan 1000-dən çox iştirakçını öz məkanlarında bir araya gətirdi.
Bu, beynəlxalq əlaqələrin gücləndirilməsi və gənc liderlər arasında qarşılıqlı fəaliyyət üçün unikal diplomatik bir platforma idi. Forum peşəkar və fərdi inkişaf üçün birgə təşəbbüslərin yaranmasına şərait yaratdı. İştirakçılar səs verirdilər və müzakirə üçün mövzular seçirdilər. Gənclər və İdman Nazirliyi nümayəndə heyətindən Ayan İsmayılova bu onlayn proqramda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir kimi səsvermədə seçildi və iki dəfə spiker olmaq şansını qazandı.

Ayan İsmayılova müxtəlif ölkələrdən olan gənclər ilə münaqişələrin həlli və stresin idarə olunması mövzularında bilik, təcrübə və tövsiyələrini bölüşdü.
Azərbaycandan onlayn formatda fəal iştirak edənlərdən biri də Azərbaycan-Rus Gəncləri Assosiasiyası sədr müavini Sergey Danilov idi.
Sergey Danilov müxtəlif mütəxəssislərlə ünsiyyət quraraq, maraq doğuran suallar onlara verməyi və potensial əməkdaşlıq qurmağa bacardığını söylədi. Zəngin proqram gənclərin mütəxəssislər, dövlət rəsmiləri və biznes nümayəndələri, elm və mədəniyyət xadimləri ilə konstruktiv müzakirələrdə iştirak etmələrinə və dəyərli həyat təcrübəsi qazanmalarına imkan verdi. Eurasia Global 2020 gənc liderləri bir araya gətirdi, perspektivli təşəbbüs və layihələrə start etməyə təkan verdi.