“Bir sual, bir cavab” – Maska cəriməsini ödəməyənləri hansı cəza gözləyir?

248

SosialMedia.az -ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu maska taxmadığı üçün protokol tərtib olunan şəxslərin cəriməni ödəməməsi ilə bağlıdır.

Karantin dövrü başlayandan əksəriyyət bu və digər tələblərin pozulmasına görə tərtib olunan cərimə protokollarının zaman keçdikcə silinəcəyini və cəriməni ödəmədiyi təqdirdə əlavə dəbbə olunmayacağını düşünür. Görəsən, maska taxmadığı üçün protokol yazılanlar cəriməni ödəməsələr, onlar haqqında hansı tədbirlər görülə bilər?

Rubrikamızın sualına “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov cavab verib. Onun sözlərinə görə, cəriməni ödəməyənləri məcburi icra tədbirləri gözləyir:

“İnzibati xətanın cəriməsi ödənilmədikdə, müddət keçdikcə onun üzərinə əlavə dəbbə pulu gəlir. Bu qaçılmazdır. Sonradan onun icrası da ümumi icra haqqında qanuna görə tənzimlənir. Cəriməni ödəməkdən boyun qaçırdıqda, icra məmurları onun barəsində məcburi icra tədbirləri görə bilərlər. Məcburi icra tədbirləri dedikdə, əmlakına həbs qoyma, ölkədən çıxışına qadağa qoyma və inzibati həbs nəzərdə tutulur. Bu qayda istənilən İnzibati Xətalar Məcəlləsinin istənilən maddəsilə cərimə olunan şəxslərə aiddir”.