Bu təlimlər təhdid deyil, bəs nədir?

158

Türkiyə əleyhinə müxtəlif yollara əl atanlar, tarixdə olduğu kimi, bu gün də məğlubiyyətə düçar olacaqlar.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar çıxış edib.

“Danışıqlara əhəmiyyət veririk. Bu çərçivədə biz həmişə yunan qonşularımızı danışıqlar masasına, dialoqa və siyasi həll yollarına dəvət edirik və buna davam edəcəyik. Əslində, türk heyəti ötən gün NATO çərçivəsində başladılan danışıqlarda iştirak etdi”, – Akar söyləyib.

Akar Şərqi Aralıq dənizində 15 gün ərzində 4 genişmiqyaslı hərbi təlimin keçirilməsinə də münasibət bildirib:

“Bu təlimlər təhdid deyil, bəs nədir? Söhbət dostluq və mehriban qonşuluq münasibətlərindən gedir. Silahlanma, hərbi gücləndirmələr və təlimlərlə bizə cavab verilir. Bunlar təbii ki, gərginliyi artıran hadisələrdir”.

Qeyd edək ki, Türkiyə NATO çərçivəsində Yunanıstanla görüş olduğunu təsdiqləsə də, Afina bunu təkzib etmişdi.