Torpaq davası qanla bitdi: Qohumunun arvadını güllələdi

224

Türkiyənin Əlazığ vilayətində qandonduran hadisə yaşanıb

SosialMedia.az yerli KİV-ə istinadla bildirir ki, Şövkət.B adlı şəxs aralarındakı torpaq münaqişəsinə görə, qohumu İbrahim və Həvva Bakırdala öz evinin pəncərəsindən tüfənglə atəş açıb.

Dərhal xəstəxanaya yerləşdirilən Həvva Bakırdal həkimlərin səyinə baxmayaraq, vəfat edib. Hadisəni törədən Şövkət.B isə olay yerindən qaçıb.

Hazırda onun tapılması üçün axtarış işlərin davam etdirilir.