İstedadlı əlillər birliyi aztəminatlı əlil ailələrinə yardım etdi

51

Sosialmedia.az xəbər verir ki, İstedadlı Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə İstedadlı Əlillər İctimai Birliyinin icra etdiyi “Əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə dəstək” layihəsi çərçivəsində Birliyə üzv olan 15 nəfər əlil ailəsinə COVİD 19 pandemiyası ilə əlaqəli olaraq “ARAZ” marketlər şəbəkəsi ilə müqavilə bağlayaraq hər biri 50 azn olmaqla 15 ədəd birdəfəlik hədiyyə kartlarını “Azərpoçt” ASC -nin Abşeron şöbəsinin vasitəsi ilə aztəminatlı əlil ailələrinin ünvanlarına göndərildı.