Azərbaycanlı gənclər dördtəkərli velosiped ixtira ediblər

466

Azərbaycanlı gənclər ilk dəfə olaraq dördtəkərli velosiped ixtira ediblər.

Sosialmedia.az bildirir ki, Axar.az-ın bölgə müxbiri xəbər verir ki, gənc ixtiraçılar bir neçə ay öncə bu təşəbbüsü həyata keçirməyi qərara alıblar. Nəhayət, onlar digər avtomobillərin və ikitəkərli velosipedlərin ehtiyat hissələrinin köməyi vasitəsi ilə arzularını reallaşdırıblar.

Göyçay rayon Qaraman kənd sakini, 1999-cu il təvəllüdlü Mustafayev Qədirin sözlərinə görə, onlar bu velosipedi tam hazır vəziyyətə gətirənə qədər bir aydan çox vaxt sərf ediblər. Gənc ixtiraçı bildirib ki, velosiped saatda 20-30/km sürətlə hərəkət edə bilir. Bundan əlavə, bu velosipedi digər velosipedlərdən fərqləndirən əsas cəhətlərdən biri də onun rahatlıqla dörd nəfəri daşımasıdır.

Digər ixtiraçı, Qaraman kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Cavadov isə deyir ki, onlar gələcək zamanlarda düzəltdikləri bu velosipedə işıq və mühərrik sistemi quraşdıraraq daha da təkmilləşdirməyi düşünürlər. F.Cavadov əlavə edib ki, bu velosipeddən bir neçəsini də sifariş ilə hazırlaya və satışa çıxara bilərlər.