Zahid Oruc: “QHT-lərin qeydiyyatında insan amili aradan çıxmalıdır”

212

“Normal donor institutları, vəsaitləri şəffaf şəkildə verməyə hazır olan təşkilatlarla qeydiyyatı “ASAN Xidmət” vasitəsi ilə həyata keçirmək olar”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, QHT-lərin qeydiyyatında insan amili aradan çıxmalıdır: “Gələcəkdə “ASAN Xidmət” vasitəsilə QHT-ləri əhatə etmək çox asan olar”.

Z. Oruc bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT təmsilçiləri ilə sayca 4-cü görüşü keçirilib: “Artıq bu sahədə də inkişafa nail olunacaq”.