Azərbaycanda meşələrin qorunması bu təşkilatlara həvalə oluna bilər

149

“Meşələrin mühafizəsinin digər qurumlara, mühafizə təşkilatlarına və ya özəl təşkilatlara verilməsi barədə düşünmüşük”.

SosialMedia.az-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, bununla bağlı təkliflər hazırlanır: “Meşələrin qorunmasının mühafizə polisinə, birgə mühafizəyə və ya özəl müəssisəyə verilməsi haqda təkliflərimiz var”.