Bu gün Eldar Həsənovun şikayətinə baxılacaq

194

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayəti verib.

Sosialmedia.az xəbər verir ki, şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun icraatına verilib. Şikayətə bu gün baxılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılsa da, məkəmə vəsatəti təmin etməyib.