Bu tendensiya korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli element ola bilər-Əkrəm Bəydəmirli

310

SosialMedia.az // Azərbaycanda həyata keçirilən srtuktur islahatlarının hədəflərində yeni düşüncə tərzinin tətbiqi önəmli məsələdir. Bəzən bunu yeni ideyalar, yeni düşüncə islahatları kimi qəbul olunur. Məhz bu tendensiya korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli element ola bilər.
Korrupsiya qarşı mübarizədə inzibati cəza tədbirləri çox zəruridir. Bəzi yüksək vəzifə tutan məmurların korrupsiya əməllərinə, qanunsuz hərəkətlərinə görə, həbsi vəzifədə çalışan digərlərinə ciddi mesajdır.

Bu məqamı Cənab Prezidentin çıxışlarında dəfələrlə qeyd edib. Yəqin bir çoxları ibrət dərsi götürüb öz fəaliyyətində dönüş yaradacaq. İbrət dərsi götürməyənlərin aqibəti bəlidir.
Lakin bu prosesin davamlı və effektli olması üçün yeni ideyalar, düşüncələr islahatlarının dərinləşməsi, imanlı, elmli insanların potensialından zamanınında düzgün istifadə faydalı olar. Digər bir önəmli məsələ ondan ibarətdir ki, korrupsiya hallarını aradan qaldırmaq üçün korrupsiyanı yaradacaq hallar, şərait aradan qalxmalıdır.